Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2018 11:33

“Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında futbol yarışı keçirilib

 “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında futbol yarışı keçirilib.
Birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib  gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.
Final oyunlarında Azərbaycan komandası Rusiyalı hərbi dənizçilərə, İran dənizçiləri isə Qazaxıstan komandasına qalib gəlib.
Beləliklə futbol  üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.