Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2017 10:55

“Dəniz kuboku - 2017” müsabiqəsində Azərbaycanın hərbi dənizçiləri növbəti uğurlarını qazanıblar - VİDEO

“Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
Epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HDD-nin “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.