Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2019 18:20

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə, hərbi qulluqçuların və onların ailə üzvlərinin öz istedadlarını nümayiş etdirmək və hərbi kollektivdə mill-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədi ilə “Məndə sığar iki cahan” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin elmə, mədəniyyətə, ədəbiyyata, incəsənətə, eləcə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşdığını və bu ənənənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıblar. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə prezidentinin sərəncamının mədəni həyatımızda əlamətdar və təqdirəlayiq hadisə olduğu qeyd edilib.
Dahi şairin müsabiqə iştirakçıları tərəfindən səsləndirilən müxtəlif qəzəllərini  münsiflər heyəti qiymətləndirib. 
Müsabiqənin yekununa əsasən əsgər Cavid Quliyev 1-ci yerə, baş gizir Elçin Astanov 2-ci yerə, çavuş Camal Bağırlı və altıncı sinif şagirdi Roza Axundova isə 3-cü yerə layiq görülüblər. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.