Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2017 18:05

Çinin hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əlaqələr Bürosunun rəisi kontr-admiral Quan Yufeyin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan tədbirdə qonaq heyət Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsini icra edən general-mayor Fuad Məmmədovla görüşüb.
Hərbi Dəniz Qüvvələrini ziyarət edən qonaqlar bazanın ərazisi ilə tanış olduqdan sonra komandanın vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovla da görüşüblər.
Görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.