Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2017 13:07

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə valideynlərlə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin tapşırığına əsasən C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc kursantların valideynləri ilə görüş təşkil edilib.
Valideynlər Hərbi Liseyin komandanlığı ilə birlikdə kursantların yataq otaqları, tədris sinifləri, yeməkxana, kitabxana, tibb məntəqəsi və başqa bölmələrə  baxış keçirib, əşya, ərzaq, tədris vəsaitləri və digər təminat növləri ilə yaxından tanış olublar.
Məktəblə tanışlıqdan sonra valideynlərlə keçirilən toplantıda təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə  ətraflı məlumat verilib.
Valideynlər məktəbdə yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə edərək keçirilmiş tədbirdən məmnun qaldıqlarını bildiriblər.  
Sonda C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının təqdim etdikləri konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.