Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.
Mayın 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan danışıblar.
Sonra incəsənət xadimlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib, rəqs ansamblının iştirakı ilə milli rəqslər alqışlarla qarşılanıb.
Sonda bir qrup incəsənət nümayəndəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.