Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tanınmış hərb xadimi Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükütla yad edilərək Azərbaycan Respublikasının dövlət himni ifa olunub.
Liseyin zabiti polkovnik Rəhim Səmədov, Hərb Tarixi muzeyinin əməkdaşı Nuru Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən danışaraq onun nümunəvi xidmətindən bəhs ediblər.
Kursantların ifasında ədəbi-bədii hissənin təqdimatından sonra görkəmli sərkərdə haqda çəkilmiş sənədli filmin nümayişi olub.