Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:47

Cəmşid Naxçıvanski adına Hərbi liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Oktyabrın 5-də Cəmşid Naxçıvanski adına Hərbi liseydə Beynəlxalq Müəllimlər Günü təntənəli surətdə qeyd edilib. Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda  şəhid olanların  xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Müəllim və kursant heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji kollektivi təbrik edib.
Hərbi liseyin bir qrup müəllimi kursantların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əldə etdiyi nailiyyətlərə, şərəfli peşə borcunu layiqincə yerinə yetirdiyinə görə rəhbərlik adından təşəkkür və fəxri fərmanlarla təltif olunub.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblı  konsert proqramı ilə çıxış edib.