Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2016 09:00

Cəbhəyanı bölgədə psixoloji işin təşkili üzrə toplantı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.
Cəbhəyanı bölgədə təşkil olunan toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında təlimat" barədə Müdafiə nazirinin müvafiq qərarı və onun icrasını təmin etmək məqsədilə hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri üçün hazırlanmış yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb.
İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.