Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2018 18:54

Cəbhəboyu zonadakı hərbi hissələrin birində mədəni-kütləvi tədbir keçirilib

2018-ci il üçün hazırlıq planına əsasən şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrin birində mədəni-kütləvi tədbir keçirilib.
Tədbir çərçivəsində ön xətt mövqelərdə xidmət keçən və fərqlənən 100 nəfər hərbi qulluqçunun Tərtər şəhərinə gəzintisi təşkil edilib.
Hərbi qulluqçular şəhər ərazisində yerləşən Heydər Əliyev Mərkəzi, tarixi abidələr və muzeyləri ziyarət ediblər.