Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2017 19:20

Cəbhəboyu zonada zabitlər üçün daha bir yaşayış kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.
Noyabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin  rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.
İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.
Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, minifutbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.
Müdafiə naziri general-polkovnik Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.