Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2019 14:55

Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş növbəti hərbi hissənin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissədə olaraq əsgər yeməkxanasına, əsgər yataqxanasına, silah və ideoloji otaqlara, ərzaq, meyvə- tərəvəz anbarlarına baxış keçirib. 
Bildirilib ki, yeni tikilən hərbi hissədə inzibati, xidməti və iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, soyuducular, lazımi mebel avadanlıqları ilə tam təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.
Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.