Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2017 15:20

Cəbhə xəttində əsgərlərlə görüş keçirilib

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” Səyyar Təbliğat Dəstəsi cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Tədbirin məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği və şəxsi heyətə mənəvi dəstək olmaqdır.
Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın,  hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb, təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Daha sonra ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə əsgərlərlə hərb tarixi mövzusunda viktorina və idman yarışı təşkil olunub.