Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2019 10:50

Cəbhə bölgəsindəki hərbi hissədə İmadəddin Nəsiminin yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi hissədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak etdiyi tədbirdə nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşları dövlət qulluqçuları Zümrüd Səmədova və Sairə Rəsulova çıxış edərək dahi Azərbaycan şairinin yaradıcılığından danışıb, onun Şərq xalqlarının ədəbi-fəlsəfi fikir tarixində dərin iz qoyduğunu, eləcə də özünəməxsus yer tutduğunu vurğulayıblar. 
Tədbirdə incəsənət nümayəndələri Nəsiminin qəzəllərindən parçalar oxuyublar.