Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2017 17:33

Cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirilib

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat Dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib.
Hərbi qulluqçularla keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidməti, qidalanması və digər mövzularda söhbətlər aparılıb.
Səyyar Təbliğat Dəstəsinin texniki təbliğat vasitələrinin imkanlarından istifadə edilməklə ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş edilib.