AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
C.Naxçıvanski adına hərbi liseyin 3-cü kurs kursantları tədris ilinin planına əsasən hərbi hissədə olublar.
Kursantlar hərbi hissədə şəxsi heyətin xidmət şəraiti, döyüş texnikası, maddi baza ilə tanış olub və komandanlıqla görüşüblər.
Döyüş texnikası heyətinin hazırlığı məqsədilə yaradılan təlim-məşq trenajorları şəhərciyi ilə tanış olan kursantlar təlimatçıların nəzarəti altında zirehli texnikanın məşq qurğularında praktiki çalışmaları yerinə yetiriblər.