Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2015 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə "Türk-müsəlman soyqırımı – tarixi həqiqətlər, erməni soyqırımı – yalanlar" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə hərbi liseyin zabiti polkovnik Rəhim Səmədov açdıqdan sonra bir dəqiqəlik sükutla ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar nəticəsində qətlə yetirilmiş həmvətənlərimizin ruhu yad edilib. Lisey orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Liseyin ana dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfova "Ermənilərin həqiqi kimliyi tarixi şəxsiyyətlərin gözü ilə", "Hədəf" nəşrlər evinin direktoru, yazıçı-publisist Müşfiq Xan "Müasir nəşrlərdə Qarabağ həqiqətləri", "Hədəf" kurslarının Nizami filialının direktoru, filoloq Məhəmməd Xankişiyev "Çağdaş Azərbaycan nəsrində erməni vəhşiliyi", musiqiçi Valeh Hüseynov "İçimdə bir sirr saxlayıram", "Cəhənnəmdən gələn çığırtı" adlı silsilə hekayələrin müəllifi, peşəkar jurnalist Vüsalə Məmmədova və "Lent.az" informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu "Ermənilərin ölüm düşərgəsi" mövzusunda məruzələr etdilər və türk-müsəlman soyqırımını əks etdirən videoçarxlar nümayiş etdirildi.
Tədbirin sonunda qonaqlar kursantların əl işlərindən ibarət Qarabağ mövzusunda sərgiyə tamaşa edib müəllifi olduqları kitabları hərbi liseyin kitabxanasına hədiyyə etdilər.