Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2014 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilib


C.Naxçıvanski adına Hərbi Liseydə 15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş geniş tədbir keçirilib.
Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin, rayon ictimaiyyətinin orta məktəblərin direktorları və 150 nəfər şagirdin iştirakı ilə keçirilən tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə əklillərin goyulması ilə başlanıb. Sonra qonaqlar tərəfindən Liseyin Muzeyi ziyarət edilib, Cəmşid Naxçıvanskinin büstü önünə gül dəstələri düzülüb.
Hərbi Liseyin klubundakı bayram mərasimində Liseyin rəisi general-mayor Mirzə Almasov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Liseyin kursantı Mürvət Camalov bayram çıxışları edib və qonaqlara lisey haqqında brifinq təqdim olunub.
Sonra Səbail rayon İcra Hakimiyyəti tərəfindən nizam-intizamda və tədrisdə fərqlənən şəxsi heyətə mükafatlar təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.