Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2015 09:00

C.Naxçivanski adına Hərbi Liseydə anma mərasimi keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
C.Naxçıvanski adına hərbi liseydə 20 yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə liseyin şəxsi heyəti sıra meydanında təşkil olunmuş anma mərasimində iştirak edib.
Sonra tədbir kursantların təqdimatında əbədi-bədii hissə ilə liseyin klubunda davam etdirilib.
Sonda 20 yanvar hadisələrindən bəhs edən videoçarxlar nümayiş olunub.