C.Naxçivanski adına Hərbi Liseydə Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar görüş keçirilib.
Görüşdə "Milli mədəniyyətin təbliği", "Mina qurbanları" və digər ictimai birliklərin rəhbərləri və üzvləri, "Vətən uğrunda" qəzetinin rəhbərliyi çıxış edərək Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatındakı yeri və rolu barədə məlumat verdilər.
"Milli Mədəniyyətin təbliği" İctimai Birliyi tərəfindən liseyin kitabxanasına "Qarabağ dinləmələri" adlı kitab hədiyyə olundu.
Sonda qonaqlar hərbi liseyin rəisi adından fəxri fərmanla təltif edildi.