Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 19:08

Bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir.
Kurslar hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətlərinin yüksəldilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi, daha müasir hərbi peşə vərdişlərinə yiyələnməsi məqsədilə həyata keçirilir.
Kursun sonunda hava hücumundan müdafiə, artilleriya, maddi-texniki təminat, kəşfiyyat, rabitə, mühəndis-istehkam, topoqrafiya, şəxsi heyətlə iş üzrə yekun imtahanlarını müvəffəqiyyətlə verəcək hərbi qulluqçulara sertifikatlar təqdim olunacaq.