AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ABŞ-ın Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adams Sterlinq və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif etmişlər.