Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2020 15:36

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib. 
Bakı şəhərində keçirilən anım mərasimlərində hərbi qulluqçular Sovet İttifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələri və Qardaşlıq məzarlarını ziyarət ediblər.
Tədbirlər digər qarnizon və iri şəhərlərdə də keçirilib.