Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2015 09:00

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasimdə abidə önünə toplaşmış müharibə veteranları adından Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova "Veteranların qayğıkeşi" diplomu və "Veteran həmrəyliyi" medalı təqdim olunub.
Anım mərasimlərində Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.
Bayram tədbirləri Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də keçirilib.

Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.