VİDEO" /> VİDEO">
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2026 21:32

“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri “Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər. 
"Qızılqaya" Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.
Təlimin planına uyğun olaraq kiberəməliyyat qrupu qanunsuz silahlı qruplaşmaların kiberhücumlarının qarşısının alınması və bölmələrimizin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması üzrə tapşırıqları yerinə yetiriblər.
Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislər təlimin gedişində bölmələrin taktiki fəaliyyətini dəstəkləmək üçün kibertəhlükəsizlik tədbirlərini yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdiriblər.