Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2018 19:30

Birləşmə və hissələrin qərargah və bölmələri ilə komanda-qərargah təlimi keçirilir

Bu ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun bir neçə birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçirilir.
Təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Burada idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilir.
Zabitlərin və qərargahların komanda-qərargah təlimində iştirakının yüksək səviyyədə təşkil edilməsi məqsədilə Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilərək, fəaliyyətlərin nəticələri təhlil olunacaq.
Komanda-qərargah təlimi aprelin 22-dək davam edəcək.