Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2021 16:35

Bir qrup şəhid ailəsi ilə görüş keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində bir qrup şəhid ailəsi ilə görüş keçirilib.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri iştirak ediblər.
Ümummilli liderimiz Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbə nəticəsində tarixi ədalətin bərpa edildiyini, rəşadətli ordumuzun göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu, igid və mərd oğullarımızın qəhrəmanlıqla vuruşduğunu xüsusi qeyd ediblər.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin və müğənni Elnur Məmmədovun ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Sonda Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şəhid övladlarına hədiyyələr təqdim olunub.