Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2016 09:00

Bir qrup hərbi qulluqçuya növbəti "polkovnik" hərbi rütbəsi verilib

İyunun 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib.
Tədbirdə Müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Silahlı Qüvvələr günü ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.