Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2018 16:08

Bir qrup gənc hərbi dənizçilərin qonağı olub

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Hərbi Dəniz Qüvvələrində mədəni-kütləvi tədbir keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri hərbi dənizçilərin qonağı olublar.
Görüş zamanı qonaqlar gəmilərdə hərbi qulluqçuların xidməti və sosial-məişət  şəraiti ilə tanış olublar. Dənizçi zabitlər gəncləri maraqlandıran sualları da cavablandırıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.