Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2018 19:45

Bilik Günü münasibəti ilə C.Naxçıvanski adına hərbi liseydə tədbir keçirilib

Bilik Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə yeni qəbul olunan kursantların andiçmə mərasimi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub. Hərbi liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.
Tədbirdə çıxış edənlər bayram münasibətilə kursantları təbrik edib, onlara tədrisdə və hərbi hazırlıqda uğurlar arzulayıblar.
Daha sonra sıra meydanında gənc kursantlar şərəf andı içiblər.
Hərbi liseyin şəxsi heyəti “Naxçıvanskilər” marşını ifa etdikdən sonra mərasim şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.