Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2016 09:00

Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat mövzusunda seminar keçirilir

Amerika Birləşmiş Ştatlarının Oklahoma Milli Qvardiyasının Mobil Təlim Qrupu tərəfindən "Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat üzrə tələbatlar" mövzusunda seminar keçirilir.
Tədbirin məqsədi Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda NATO kontingentlərinin qarşılaşdığı maddi-texniki təminat tələbatları və qarşıda duran çağırışlarla bağlı məlumatlandırmaqdan ibarətdir.
Seminar müddətində Mobil Təlim Qrupu tərəfindən ABŞ və NATO-da tətbiq olunan maddi-texniki təminat şəbəkəsi (MTT) sistemləri, əməliyyat zonasına çıxmamışdan əvvəl MTT ilə bağlı hazırlıq tapşırıqları, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər və digər mövzularla bağlı məlumatlar verilərək müzakirələr aparılacaqdır.
Seminar avqustun 19-dək davam edəcəkdir.