Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2014 09:00

Beynəlxalq Qırmızı Xaç Komitəsi Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçirir


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi tərəfindən Beynəlxalq Hümanitar Hüquq mövzusunda təlim kursu keçirilir.
Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Sülhməramlı qüvvələrlə əlaqələri, Beynəlxalq Humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, Qərargah planlaşdırılmasında Beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinləniləcək, brifinqlər təqdim olunacaq.
Kurs iyunun 11-də sona çatacaq.