Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 13:04

Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin təbriki tədbir iştirakçılarına çatdırılıb.
Çıxış edənlər Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadınının bu gün yaxından iştirak etdiyini qeyd ediblər. Bildirilib ki, humanistliyi, müdrikliyi və zəngin dünyagörüşü ilə fərqlənən bacarıqlı qadınlarımız ordu quruculuğunda da öz töhfələrini verirlər.
Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər bölmələrdə xidmət edən qadın hərbi qulluqçuların, həmçinin mülki işlərdə çalışan qadınların əməyinin daim yüksək qiymətləndirildiyi qeyd olunub. Sonra qadın hərbi qulluqçulara gələcək xidmətlərində və şəxsi həyatlarında uğurlar arzulanıb, xidmətdə fərqlənən bir qrup xanımlar təltif edilib.
Sonda tədbirlərdə iştirak edən qadınlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.