Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2021 19:10

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarında iştirak edən heyətimiz Moskvadan Bakıya qayıdıb

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və "Mədəniyyət Ordusu" müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb.
Müsabiqələrdə uğurla çıxış edən hərbçilərimizin qarşılanma mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.
Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək yüksək nəticələr göstərib.