Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2017 17:26

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbirlər keçirilib

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə pedaqoji heyətin iştirakı ilə təntənəli mərasim keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Təlim-tədris prosesi haqqında məruzə dinlənildikdən sonra pedaqoji fəaliyyət dövründə uğurlar əldə etmiş müəllimlərin həvəsləndirilməsi əmri elan edilib, bir qrup müəllimə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblı  konsert proqramı ilə çıxış edib.

 

***


Oktyabrın 5-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə “N” hərbi hissəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə hərbi hissənin şəxsi heyəti və hərbi şəhərciyin nəzdində fəaliyyət göstərən Əfqan Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Polkovnik Mehman Kərimov çıxış edərək ölkəmizdə təhsilin müasir səviyyədə inkişafından danışıb, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək qayğı göstərdiyini qeyd edib və birlik komandirinin müəllim kollektivinə ünvanlanmış təbrikini oxuyub.
Sonra ümummilli lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müxtəlif dövrlərdə təhsil ocaqlarında müəllim və şagirdlərlə görüşlərini əks etdirən film nümayiş olunub.
Hərbi hissənin rəhbərliyi adından müəllimlərə qiymətli hədiyyələr təqdim olunduqdan sonra tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin maraqlı konsert proqramı ilə davam edib.