“Beynəlxalq Müəllimlər Günü” münasibətilə xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bayramın yaranma tarixindən danışıb, “Beynəlxalq Müəllimlər Günü”nün Ulu Öndərin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə bayram kimi qeyd olunduğu qeyd edilib. Azərbaycanda müəllimlərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb. Cəmiyyətin formalaşmasında müəllimlərin rolunun danılmaz olduğu, xalqımız tərəfindən onlara hər zaman hörmət bəsləndiyi qeyd edilib.
Sonda təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti təltif olunub.