Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ili üçün hazırlıq planına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Gəncə şəhərində beynəlxalq humanitar hüquq üzrə təlimatçıların təlim kursu keçirilir.
Tədbirdə “Beynəlxalq humanitar hüququn anlayış və prinsipləri”, “Beynəlxalq Qırmızı Xaç Komitəsi haqqında məlumat”, “Komandirin cavabdehliyi”, “Mülki müdafiə və beynəlxalq humanitar hüquq”, “Hərbi əsirlər”, “Beynəlxalq insan hüquqlarının anlayış və prinsipləri”, “Əməliyyatların aparılması” mövzularında mühazirələr oxunacaq və brifinqlər təqdim olunacaq.
Təlim kursu mayın 25-dək davam edəcək.