Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 10:35

BƏƏ-nin Milli Müdafiə Kollecinin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.
Nümayədə heyəti akademiyada ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
Qonaqlara “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası”, “Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq fəaliyyəti” və “Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik siyasəti, onun prioritetləri” haqqında brifinqlər təqdim olunub.