Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2026 18:34

Bayram münasibəti ilə hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub. 

Çıxışlardan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Bayram konsertlərində hərbi-vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi parçaları ifa edilib. 

Hərbi orkestrlərin çıxışları sakinlər və şəhərin qonaqları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.