Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib.
Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə olduğu kimi hərbi sahədə də durmadan inkişaf etdiyini bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Hərbi qulluqçularla görüşlər zamanı döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi və digər məsələlər barədə söhbətlər aparılıb.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.