Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2022 14:55

Baş Klinik Hospitalda tibbi təlim keçirilib - VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarına “Hospitala xəstə və yaralıların kütləvi qəbulu zamanı onların çeşidlənməsi, yerləşdirilməsi və tibbi yardımın göstərilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı kursantlar xəstə və yaralıların qəbulu, onlara ilk tibbi yardımın göstərilməsi, müayinə, müalicə və qarşıya qoyulan digər tapşırıqları praktiki olaraq icra ediblər.
Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimdə əsas diqqət kursantların hərbi tibb sahəsində nəzəri bilik və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.