Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2024 15:40

Baş direktor "IDEB 2024" sərgisində iştirak edir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən "IDEB 2024" beynəlxalq sərgisində iştirak edir.
Sərgidə cənab A.Qurbanov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.