Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2016 09:00

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikasında "Maddi-Texniki Təminatın Əsasları" mövzusunda seminar keçirilir.
Tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "Maddi-Texniki Təminatın əsasları", "Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması" və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.
Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.