Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 13:06

Bakıda kursantlar arasında keçirilən beynəlxalq idman yarışlarına yekun vurulub

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında keçirilən beynəlxalq idman yarışlarına yekun vurulub.
İlk dəfə bu səviyyədə baş tutan beynəlxalq idman yarışlarının sonunda qaliblərə kuboklar, medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.