Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2018 11:42

Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir - VİDEO

Aprelin 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.
Yüngül atletika, güləş, pentatlon, futbol və voleybol üzrə təşkil olunacaq yarışlarda 100-dən artıq hərbi idmançı iştirak edir.
Yarışlar aprelin 21-dək davam edəcək.