Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2016 09:00

Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Respublikası Müdafiə Nazirliyi arasında cari il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən noyabrın 9-dan 11-dək Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir.
Səfər çərçivəsində Gürcüstan Silahlı Qüvvələrinin Tibb Departamentinin rəisi, tibb xidməti polkovniki Medea Betaşvili və tibb batalyonunun komandiri, tibb xidməti mayoru David Çabadze noyabrın 10-da Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ilə görüşüb.
Görüşdə hərbi tibb xidmətlərinin birgə fəaliyyət planı və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Səfər çərçivəsində gürcüstanlı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkib, burada idarə və şöbələrdə yaradılan şərait, o cümlədən müasir tibbi avadanlıqlarla təchiz olunmuş korpuslarla tanış olublar. Bundan əlavə, qonaqlar Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində də olublar.