Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2026 09:27

Bakıda Azərbaycan və Serbiyanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib

Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib. 
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, müasir çağırışlar və təhdidlər, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.