Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2019 16:40

Bakı Bələdiyyə Teatrının cəbhəyanı bölgələrə səfəri başa çatıb - VİDEO

Müdafiə Nazirlyinin dəstəyi ilə Bakı Bələdiyyə Teatrının cəbhəyanı bölgələrə səfəri başa çatıb.
Səfər çərçivəsində teatrın yaradıcı kollektivi Beyləqan, Füzuli rayonlarında, eləcə də Gəncə və Şəmkir qarnizonlarında hərbi hissələrin şəxsi heyəti, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri qarşısında Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Qurbanovun xatirəsinə ithaf olunan “Çingiz dastanı” tamaşasını nümayiş etdirib.
Əsərin müəllifi və tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanidir.
Əsas rolları istedadlı teatr və kino aktyoru İlqar Musayev, Əməkdar artistlərdən Səmayə Sadıxova, Əfqan Soltanov, Aydın Əliyev, Hüsniyyə Mürvətova, aktyorlardan İsmayıl Atakişiyev, Asif Rəhimov, Əzizə Həşimova, Toğrul Rza və başqaları ifa ediblər.
Kütləvi səhnələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti yer alıb.
Yüzlərlə tamaşaçı “Şəhidlər dastanı”nı böyük maraqla izləyib. 
Azərbaycan Ordusunun şəxsi heyətinə mədəni xidmət göstərilməsində, döyüş ruhu və vətənpərvərlik hissinin yüksəldilməsində xidmətlərinə görə Bakı Bələdiyyə Teatrının kollektivi fəxri fərmanla təltif olunub.