Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Əvvəlcə iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.
Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər.