Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2016 09:00

Azərbaycanın və İtaliyanın müdafiə nazirliklərinin ekspertləri arasında görüş keçirilib

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, hər iki ölkənin müvafiq qurumlarının hərbi strategiya və müdafiə planlaşdırması üzrə ekspertlərin görüşü keçirilib.
Görüşdə müdafiə siyasətinin planlaşdırılması, müxtəlif səviyyəli risklərin idarə olunması, müdafiə qabiliyyətinin inkişafı və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb.